Azərbaycanda fabrikdə faciə - Lift qırıldı, xəsarət alan var

cay-fabrikinde-lift-qirildi-yaralanan-var-1755251100
|
|

  Lənkəranda çay fabriklərindən birində işçi istehsalat qəzası nəticəsində xəsarət alıb.

Referans  “Report”a istinadən xəbər verir ki, hadisə rayonunun Sütəmurdov kəndində qeydə alınıb.

Belə ki, Lənkəranın Aşağı Nüvədi kənd sakini, 1969-cu il təvəllüdlü Bəxtiyar Baldadaş oğlu Məmmədov liftdən yıxılaraq xəsarət alıb. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 
İlkin ehtimala görə, B.Məmmədov müəssisənin liftinin qırılması nəticəsində xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.