Azərbaycan klubu xarici hücumçusunu İraqa satdı - SON DƏQİQƏ

azerbaycan-klubu-xarici-hucumcusunu-iraqa-satdi-son-deqiqe-1755254523
|
|

  «Difai»nin bir müddət öncə transferə çıxardığı Kristian Kamta Azərbaycandan ayrılıb.

Kamerunlu hücumçu karyerasını İraqda davam etdirəcək.

29 yaşlı afrikalı yerli klublardan biriylə anlaşıb.

I Liqada mübarizə aparan «fədailər» adını çəkdiyimiz forvardın satışından pul qazanıb.

2023-cü ilin noyabrından «Difai»nin formasını geyinən Kamtanın 2026-cı ilin yayınadək müqaviləsinin olduğunu bildirək.

Qarabağ qazilərinin təmsilçisinin ona 100 min dollar qiymət qoymasını bir daha xatırladaq.