Azərbaycan klubu xarici hücumçusunu İraqa satdı - SON DƏQİQƏ

15.08.2025
-
15:20
|
|
«Difai»nin bir müddət öncə transferə çıxardığı Kristian Kamta Azərbaycandan ayrılıb.
Kamerunlu hücumçu karyerasını İraqda davam etdirəcək.
29 yaşlı afrikalı yerli klublardan biriylə anlaşıb.
I Liqada mübarizə aparan «fədailər» adını çəkdiyimiz forvardın satışından pul qazanıb.
2023-cü ilin noyabrından «Difai»nin formasını geyinən Kamtanın 2026-cı ilin yayınadək müqaviləsinin olduğunu bildirək.
Qarabağ qazilərinin təmsilçisinin ona 100 min dollar qiymət qoymasını bir daha xatırladaq.
Sosial mediada paylaş