Abbas İsmayılova yüksək vəzifə verildi

15.08.2025
-
15:42
|
|
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi auditi baş idarəsinə yeni rəis təyin edilib.
Bu vəzifə Abbas İsmayılova həvalə edilib.
Qeyd edək ki, Abbas İsmayılov 2023-cü ilin dekabrından 2025-ci ilin mayına qədər Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini olub. O, eyni zamanda nazir vəzifəsinin icrasını həyata keçirib.