SABAH qruplarına müəllimlərin işə qəbulu üzrə müsabiqə davam edir

15.08.2025
-
20:17
|
|
SABAH qruplarının bakalavriat və magistratura səviyyələrində 2025-2026–cı tədris ilinin payız semestri üçün müvafiq ixtisaslar üzrə fənlərin tədrisini aparmaq məqsədilə professor-müəllim heyəti saathesabı qaydada işə dəvət olunur.
Bu barədə Referans-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, müsabiqədə iştirak üçün son müraciət tarixi 20 avqust saat 23:59-dur.
Sosial mediada paylaş