Rusiyada azərbaycanlı uşaq 13-cü mərtəbədən yıxılıb öldü

rusiyada-azerbaycanli-usaq-13-cu-mertebeden-yixilib-oldu-1755281883
|
|

  Rusiya Federasiyasında azərbaycanlı uşaq bədbəxt hadisə nəticəsində ölüb.

Oxu.Az xəbər verir ki, hadisə Moskva şəhərində baş verib.

Belə ki, 3 yaşlı Amiral Seyidov binanın 13-cü mərtəbəsindən yıxılaraq dünyasını dəyişib.

Məlumata görə, mərhumun atası əslən Cəlilabad rayonundandır. O, uzun müddətdir ki, Rusiyada yaşayır.