Ronaldonun Corcinaya aldığı hədiyyələrin qiyməti açıqlandı

15.08.2025
-
22:36
|
|
“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldonun Ciorcina Rodrigezlə nişanlanmadan əvvəl hədiyyələrə 366 mindən çox ABŞ dolları xərclədiyi məlum olub.
Referans xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.
40 yaşlı futbolçu avtomobil, kosmetika, geyim, ətir və saatlar alıb.
Ronaldo və Rodrigez 2016-cı ildən birlikdədirlər. Cütlüyün ilk qızı 2017-ci ildə dünyaya gəlib. 2022-ci ilin aprelində onların əkizləri – oğlan və qız dünyaya gəlib. Lakin oğlan uşağı doğuş zamanı dünyasını dəyişib. Ronaldonun əlavə olaraq daha üç övladı var.//publika.az
Sosial mediada paylaş