Trampla Putin görüşdü – CANLI / YENİLƏNİR

tramp-da-ankoricdedir-video-1755283881
|
|

  Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp danışıqlara başlamazdan əvvəl Ankoricdə demək olar ki, eyni vaxtda təyyarələrindən enərək bir-birlərini salamlamaq üçün bir-birlərinə tərəf yönəliblər.

Referans xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

ABŞ lideri rusiyalı həmkarını Riçardson hərbi bazasında şəxsən qarşılayıb.  

***

ABŞ prezidenti Donald Trampın təyyarəsi Ankoric şəhərinə eniş edib.

Referans xəbər verir ki, bu barədə ABŞ və Rusiya mediası məlumat yayıb.

Qeyd edək ki, bundan öncə Rusiya lideri Vladimir Putinin təyyarəsi bu şəhərə eniş etmişdi. Dəqiqələr sonra Putin və Tramp Alyaskada danışıqlar aparacaq. 

***

Rusiya Prezidenti Vladimir Putinin təyyarəsi Alyaskanın Ankoric şəhərinə çatıb.