Goranboyda yanğına səbəb olan şəxs saxlanıldı

goranboyda-yangina-sebeb-olan-sexs-saxlanildi-1755324506
|
|

  İyul ayının 8-də Goranboy rayon Goranlı kəndi 10 sot biçilmiş əkin sahəsində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Referans-a bildirilib ki, araşdırmalarla yanğının kənd sakini, 48 yaşlı Kənan Əlirzayevin ehtiyatsız davranması nəticəsində baş verdiyi məlum olub.

K. Əlirzayev polis əməkdaşları tərəfindən saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.