Azərbaycandakı zəlzələ Ermənistanda da hiss olundu

16.08.2025
-
11:42
|
|
Şənbə günü səhər saatlarında Azərbaycanın Tovuz rayonunda baş verən zəlzələ Ermənistan ərazisində də hiss olunub.
Referans xəbər verir ki, bu barədə Ermənistan DİN-in Xilasetmə Xidməti məlumat yayıb.
Qeyd olunub ki, yeraltı təkanlar Tavuş vilayətinin Voskevan, Artsvaberd, Nerkin Karmiraxpyur, Aygedzor və Çinari kəndlərində 2-3 bal gücündə hiss olunub.