Cəlilabadda çiyələk alan 28 yaşlı kişi QƏFİL ÖLDÜ

16.08.2025
-
17:31
|
|
Cəlilabadda 28 yaşlı kişi küçədə qəfil ölüb.
Oxu.Az-ın məlumatına görə, hadisə Cəlilabad-Masallı avtomobil yolunun kənarındakı çiyələk sahəsində baş verib. 1997-ci il təvəllüdlü, Şükür Müslüm oğlu Abışov sahələrindən çiyələk alıb.
O, sahədən avtomobilinə tərəf gedərkən qəfildən halı pisləşib və yerə yıxılıb. Ş.Abışov Təcili Tibbi Yardım avtomobili ilə xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.
Sosial mediada paylaş