Qazaxıstan ilk meteoroloji raketinin sınağını keçirəcək

Qazaxıstan 2025-ci ildə respublikanın ilk meteoroloji raketinin uçuş sınaqlarını keçirəcək.
Referans xəbər verir ki, məlumatı Qazaxıstanın Rəqəmsal İnkişaf, İnnovasiyalar və Aerokosmik Sənaye Nazirliyinin mətbuat xidməti yayıb.
Məlumata görə, nazirliyin Aerokosmik Komitəsinin tabeliyində olan təşkilatlar meteoroloji raketin prototipinin yaradılması üzrə tədqiqat və təkmilləşdirmə işləri aparır. Uçuş sınaqlarının 2025-ci ilin sonunadək keçirilməsi planlaşdırılır.
Nazirlik qeyd edib ki, elmi-tədqiqat və təcrübə-konstruktor işləri ilə bağlı məlumatlar “məxfidir və məhdud paylanmalı mülkiyyət məlumatı kimi təsnif edilir” və buna görə də nazirlik gedişat, xarakter və nəticələr barədə məlumat verə bilməz.
Nazirliyin rəhbəri Jaslan Madiyev bir müddət əvvəl bildirmişdi ki, respublikada layihələndirilmiş ilk meteoroloji raketin buraxılışı Qazaxıstanda daşıyıcı aparat istehsalı proqramının hazırlanması üçün başlanğıc nöqtəsi olacaq