Daşqınlar nəticəsində 8 nəfər öldü - Bu ölkədə…

17.08.2025
-
11:18
|
|
Çinin şimalındakı Daxili Monqolustan Muxtar Bölgəsində daşqınlar nəticəsində azı 8 nəfər ölüb, daha 4 nəfər itkin düşüb.
Referans xəbər verir ki, bu barədə “Xinhua” agentliyi məlumat yayıb.
Məlumata görə, fövqəladə hadisə avqustun 16-da Pekin vaxtı ilə saat 22:00-da (Bakı vaxtı ilə 18:00) şəhərin Bayan Nur dairəsindəki turist düşərgəsində baş verib.
Hakimiyyət orqanları itkinlərin axtarışına xilasediciləri səfərbər edib./Report
Sosial mediada paylaş