Tehran xəbərdarlıq etdi: Cənubi Qafqazda sabitlik yalnız diplomatiya ilə qorunmalıdır

17.08.2025
-
15:09
|
|
İran İslam Respublikasının Xarici İşlər Nazirliyi Cənubi Qafqazda kommunikasiya yollarının açılması məsələsinə həssas və diqqətli yanaşma lazım olduğunu bildirib.
Referans xəbər verir ki, "Tasnim" agentliyinin məlumatına görə, nazirlik nümayəndəsi İsmail Baqai qeyd edib ki, İran hesab edir ki, bölgəyə xarici qüvvələrin yerləşdirilməsi vəziyyəti daha da mürəkkəbləşdirə bilər. Eyni zamanda Ermənistan tərəfi İrana zəmanət verib ki, xarici hərbi qüvvələr Ermənistan və Azərbaycan sərhədləri boyunca yerləşdirilməyəcək.
Rəsmi Tehran vurğulayır ki, regionda sabitliyin qorunması və kommunikasiya xətlərinin açılması yalnız sülh və diplomatik vasitələrlə həyata keçirilməlidir./ Musavat.com

Sosial mediada paylaş