Dost ölkədə “fəlakət zonası” elan edildi: 351 ölü

dost-olkede-felaket-zonasi-elan-edildi-351-olu-1755423426
|
|

  Pakistanın şimal-qərbində son iki gün ərzində baş verən güclü daşqınlar nəticəsində həyatını itirənlərin sayı 351 nəfərə yüksəlib.

Referans xəbər verir ki, bu barədə rəsmi dairələr açıqlama verib.

“Geo News” telekanalının məlumatına əsasən, bölgədə təbii fəlakətin təsirləri davam edir və vəziyyət tam nəzarət altına alınmayıb.

 
Xayber Paxtunxva əyalətində bir sıra yaşayış məntəqələri “fəlakət zonası” kimi təsnif olunub.

Hökumət nümayəndələri bildirirlər ki, insan tələfatı arta bilər./Globalinfo.az