Tramp əsəbi şəkildə Rusiyaya zərbədən danışıb – VSJ

17.08.2025
-
16:00
|
|
ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə Alyaskada görüşəndən sonra Avropa İttifaqı (Aİ) liderləri ilə telefonla danışarkən yorğun və əsəbi olub.
Referans xəbər verir ki, bu barədə “The Wall Street Journal” (VSJ) məlumat yayıb.
“Tramp Avropa liderlərinə 24 saat fasiləsiz işlədiyini və Putindən narazı olduğunu bildirib. O, həmçinin deyib ki, üçtərəfli danışıqlar sülhə gətirib çıxarmadığı halda, Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək təhdidini yenidən gündəmə gətirə bilər”, – nəşr yazıb.
Qeyd edək ki, bundan əvvəl ABŞ dövlət katibi Marko Rubio Alyaskada keçirilən Rusiya-ABŞ sammitini dəyərləndirərək danışıqların yaxşı və məhsuldar keçdiyini bildirmişdi./Globalinfo.az
Sosial mediada paylaş