Azərbaycana yeni ayaq basan legionerdən xoşu gəlmədi, tapşırdı - Göndərin, getsin!

azerbaycana-yeni-ayaq-basan-legionerden-xosu-gelmedi-tapsirdi-gonderin-getsin-1755449754
|
|

«Kəpəz»in baş məşqçisi Adil Şükürov sürpriz qərar verib.



O, komandaya yeni qoşulan legionerlərdən Otar Aptsiaurinin xidmətindən imtina edib.



Çalışdırıcı onun pierformansından və səviyyəsindən narazı qalıb və bu barədə idarəçilərlə söhbətləşib.


Adıçəkilən mütəxəssis gürcüstanlı yarımmüdafiəçinin komandanın gücünə güc qatmadığı qənaətindədir və onunla müqavilənin pozulmasını tapşırıb.



Gəncə təmsilçisi iyulun 22-də 23 yaşlı oyunçu ilə 1 illik müqavilə imzalayıb.