Rusiya bu gün Avropanın “müdafiə xətti”ni yarır – Kritik gəlişmə

rusiya-bu-gun-avropanin-mudafie-xettini-yarir-kritik-gelisme-1755492956
|
|

  Prezidenti Donald Tramp rusiyalı həmkarı ilə görüşdən sonra işğal olunmamış Ukrayna ərazilərinin bir hissəsinin Rusiyaya verilməsi ideyasını dəstəklədiyini Avropa liderlərinə, o cümlədən Ukrayna Prezidenti Volodimir Zelenskiyə bildirib. Məlumata görə, Ukrayna və digər Avropa liderləri mühüm müdafiə xətləri, habelə zəngin təbii resursların yerləşdiyi bu ərazilərin güzəşt edilməsinə qarşı çıxıblar. Qeyd olunur ki, Tramp sözügedən planı bu gün Zelenski ilə müzakirə edəcək. Görüşə Avropa liderlərinin də dəvət olunduğu deyilir.

Referans  xəbər verir ki, Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev bildirib ki, Ukraynanın Rusiyaya ərazi güzəştinə getməsi uzun müddətdir gündəmdədir və münaqişənin dayandırılması üçün əsas vasitə hesab edilir:

“Lakin bu, reallaşması çətin məsələdir. İlk növbədə nəzərə almaq lazımdır ki, Zelenski müharibə lideridir və Ukraynada müqavimətin simvolu sayılır. Onun birdən-birə Rusiyaya torpaq güzəştinə getməsi ölkədə ciddi daxili gərginliyə səbəb ola bilər. Xüsusilə, Zelenskinin reytinqində antikorrupsiya qanununun qəbulundan sonra təxminən 12 faizlik azalma müşahidə olunur ki, bu da daxili siyasi təzyiqləri artırır”.

Politoloq qeyd edib ki, bu prosesdə digər vacib məsələ Avropa ölkələrinin mövqeyidir
 
“Ukraynaya güclü dəstək verən Avropa dövlətləri torpaq güzəşti məsələsinə isti yanaşmır, çünki onlar Rusiyanın zəifləməsinə və Avropaya qarşı təhdidin azalmasına görə Ukraynanı silahla təmin edirlər. Hazırda Rusiya xüsusilə Baltikyanı ölkələr üçün ciddi təhlükə yaradır. Bu səbəbdən Avropa ölkələrinin Kremlə təzyiq göstərməsi başadüşüləndir ki, sülh müqaviləsi imzalanmasın və müharibə davam etsin.

Eyni zamanda, burada resurs məsələsi də diqqətə alınmalıdır. Avropanın verdiyi silah və dəstəyə baxmayaraq, Ukraynanın resursları tükənməkdədir. Amma Rusiya zəifləsə də, insan ehtiyatı və digər resurslar baxımından yenə də Ukraynadan güclüdür. Buna görə Kiyev üçün maraqlı olan müharibənin tez bir zamanda ərazi güzəşti ilə deyil, atəşkəs müqaviləsi əsasında dayandırılmasıdır. Moskva isə hələ ki bu mövqe ilə razılaşmır. Tərəflər arasında danışıqlar davam edir və ehtimal olunur ki, atəşkəs müqaviləsi vasitəsilə müharibə müvəqqəti dayandırıla bilər”.