Putinin Trampa verdiyi kitabda nə yazıldığı bilindi – Dəhşətli fakt və FOTOLAR

putinin-trampa-verdiyi-kitabda-ne-yazildigi-bilindi-dehsetli-fakt-ve-fotolar-1755502793
|
|

Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampa 1000 ukraynalı hərbi əsirin şəkil və siyahısını əks etdirən kitab verib.

Referans  xəbər verir ki, “RT” agentliyi Putinin Trampa təqdim etdiyi kitabın fotolarını yayımlayıb.

Məlumata görə, kitabın üzərində “1000ua.ru” saytına yönləndirilmiş QR-kod yerləşdirilib. Sözügedən saytda əsirlərin tam siyahısı və fotoları ictimaiyyətə təqdim olunub.

Həmin kitaba Ukrayna vətəndaşları tərəfindən imzalanmış petisiya da əlavə edilib. Petisiyada Prezident Volodimir Zelenskiyə müraciət olunaraq əsirlərin ölkəyə geri gətirilməsi tələb edilib.

Xatırladaq ki, daha əvvəl Tramp Putinin ona 1000 ukraynalı hərbi əsir siyahısını verdiyini bildirib. ABŞ liderinin sözlərinə görə, Putin deyib ki, Kiyev bu şəxsləri qəbul etməyə razı olmalıdır./ Globalinfo.az


6893043a02e8bd2761793cbb 6893041fae5ac91a37774b7b