Bakıda içki aludəçisi olan 59 yaşlı kişi arvadının burnunu sındırdı

Bakıda spirtli içki aludəçisi olan 59 yaşlı kişi arvadını döyüb.
Referans Oxu.Az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda baş verib.
Belə ki, 1995-ci ildə ailə həyatı quran Sabunçu rayon sakini Aydın Əliyev (soyadı şərtidir) Bakıdakı orta məktəblərdən birində texniki işçi işləyib. O, son vaxtlar spirtli içki aludəçisi olduğundan evində tez-tez mübahisə yaradıb, həyat yoldaşı ilə dalaşıb.
Bir neçə gün öncə A.Əliyev yenə evə içkili gəlib və ər-arvad arasında mübahisə yaranıb. Mübahisə nəticəsində A.Əliyev həyat yoldaşının sifət nahiyəsinə yumruq zərbələri endirib. Nəticədə qadının burnu sınıb və o bu barədə polisə məlumat verib.
Hadisə yerinə polis əməkdaşları gəliblər və faktla bağlı cinayət işi başlanıb, iş məhkəməyə göndərilib.
Məhkəmə istintaqı dövründə tərəflər arasında barışıq elan edildiyindən cinayət işinə xitam verilib.