Braziliya millisinin sabiq futbolçusu rəsmən Azərbaycan klubunda

braziliya-millisinin-sabiq-futbolcusu-resmen-azerbaycan-klubunda-1755517990
|
|

  Son olaraq İspaniya La Liqasında "Valyadolid"in şərəfini qoruyan Enrike Silva "Turan Tovuz”a keçib.

Referans xəbər verir ki, Klubdan Qaynarinfo-ya verilən məlumata görə, sol cinah müdafiəçisi ilə 2 illik müqavilə imzalanıb.

Yetirməsi olduğu "Vasko da Qama”nın heyətində 185 oyuna çıxan braziliyalı futbolçu 3 mövsüm Fransa Liqa 1 təmsilçisi "Lion”un formasını geyinib.

Tam adı Enrike Silva Milaqres olan 31 yaşlı futbolçu vaxtilə Braziliyanın U-20 milli komandasının üzvü olub.