Şəhidlər xiyabanında rüsvayçılıq edən əcnəbilər həbs edildi – VİDEO

sehidler-xiyabaninda-rusvayciliq-eden-ecnebiler-hebs-edildi-video-1755526421
|
|

  Şəhidlər xiyabanında qeyri-etik videolar çəkərək həmin videogörüntünü sosial şəbəkələrdə paylaşan 3 nəfər əcnəbi barəsində həbs qətimkan tədbiri seçilib.

Referans “Report”a istinadən bildirir ki, bu barədə qərar Səbail Rayon Məhkəməsində verilib.

Qərara əsasən, onlar 3 ay müddətə həbs olunublar.

Qeyd edək ki, araşdırmalar zamanı həmin şəxslərin avqustun 13-də Bakı şəhərinə turist kimi 5 günlük gəldikləri, çəkdikləri videonu sosial şəbəkələrdə yaydıqları müəyyən edilib.

Faktla bağlı cinayət məcəlləsinin 245-ci (Qəbir üzərində təhqiredici hərəkət) maddəsilə cinayət işi başlanılıb. Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə hər 3 şəxs saxlanılaraq istintaqa cəlb ediliblər.  


ec 2 ec 3