Qurban Qurbanov: Həm burada, həm də Bakıdakı oyunda qol vurmağa çalışacağıq

qurban-qurbanov-hem-burada-hem-de-bakidaki-oyunda-qol-vurmaga-calisacagiq-1755539799
|
|

  “Bizim ilk məqsədimiz yaradıcı olmaq və rəqib qapısına qol vurmaqdır. Qol buraxmasaq, daha yaxşı olar. Amma hər oyun istəyirik qol vuraq. Azarkeşlər qol vurulan oyunları daha çox sevir.

Referans xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsində Macarıstanın “Ferentsvaroş” klubu ilə oyundan öncə keçirilən mətbuat konfransında deyib.

53 yaxşı mütəxəssis komandasının hazırlığını yaxşı dəyərləndirib: “Nəticə üçün həm burada, həm Bakıda maksimum hücumda olmaq və qol vurmaq üçün çalışacağıq. Ümumən futbol elə oyundur ki, daim dəyişir. Bu, dünya futbolunda da belədir. Tam fərqli “Ferentsvaroş”dur. Fərqi sistem və fərqli futbolçular var”.