“Qarabağ” “Ferentsvaroş”la qarşı-qarşıya

19.08.2025
-
09:26
|
|
Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin oyunlarına start veriləcək.
Referans xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” da meydana çıxacaq.
Ağdam klubu səfərdə Macarıstan çempionu “Ferentsvaroş”un qonağı olacaq. Qarşılaşma Bakı vaxtı ilə 23:00-da start götürəcək.
Görüşü Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, komandalar arasında cavab matçı avqustun 27-də Bakıda olacaq.
23:00. “Ferentsvaroş” (Macarıstan) -“Qarabağ” (Azərbaycan)
Budapeşt, “Groupama Arena”
Sosial mediada paylaş