Azərbaycan diasporunun rəhbəri Rusiya vətəndaşlığından BUNA GÖRƏ məhrum edilib

azerbaycan-diasporunun-rehberi-rusiya-vetendasligindan-buna-gore-mehrum-edilib-1755587934
|
|

  Rusiyanın Çelyabinsk vilayətindəki Azərbaycan diasporunun rəhbəri Ərşad Xankişiyev Rusiya Federasiyasının vətəndaşlığından məhrum edilib.

Referans xəbər verir ki, FSB-nin qərarı ilə onun pasportu ləğv olunub və Rusiyaya girişinə qadağa qoyulub.

Rusiya mediası iddia edir ki, Xankişiyev “etnoseparatizm təbliği və Aleksey Navalnının tərəfdarlarına dəstək verməkdə” iştirak edib.

Qeyd olunur ki, Xankişiyev iri biznesmen, restoran sahibi və bir sıra şirkətlərin təsisçisi və sahibidir.

Xatırladaq ki, bundan əvvəl Moskva vilayətindəki Azərbaycan diasporunun rəhbəri Elşan İbrahimov da Rusiya vətəndaşlığından məhrum edilmişdi./Musavat.com