Sürücülük vəsiqəsini dəyişmək istəyənlərin DİQQƏTİNƏ: Bu sənədlər lazımdır

19.08.2025
-
12:20
|
|
Əgər sürücülük vəsiqənizin etibarlılıq müddəti başa çatırsa, itibsə və ya sadəcə köhnə vəsiqəni yeniləməyi düşünürsünüzsə, ağlınızdakı suallara bu xəbərdə cavab tapacaqsınız.
Sürücülük vəsiqəsini dəyişmək üçün hansı sənədlər lazımdır?
Referans xəbər verir ki,mövzu ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən Milli.Az-a bildirildi ki, vəsiqənin dəyişilməsi üçün vətəndaş istənilən Asan Xidmət mərkəzinə və ya Dövlət Yol Polis İdarəsinin qeydiyyat-imtahan şöbəsinə müraciət edə bilər. Bunun üçün vətəndaşa şəxsiyyət vəsiqəsi, köhnə sürücülük vəsiqəsi, dövlət rüsumunun ödənilməsi barəsində qəbz lazımdır. Həmçinin, vətəndaş 60 yaş və üzəridirsə, gözlə görünən qüsuru varsa, tibbi arayış lazım olacaq.
Sosial mediada paylaş