Azərbaycanda bu tarixdən əhaliyə dərmanlar PULSUZ VERİLƏCƏK

19.08.2025
-
16:28
|
|
Gələn ildən ölkəmizdə icbari tibbi sığorta çərçivəsində əhaliyə göstərilən xidmətlərin dairəsi daha da genişlənəcək.
Referans-ın məlumatına görə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin planına əsasən, 2026-cı ildən etibarən vətəndaşlar yalnız tibbi xidmətlərlə deyil, həm də həkim resepti ilə yazılan müəyyən dərman vasitələri ilə təmin olunacaqlar.
İlkin mərhələdə ürək-damar xəstəlikləri üzrə dərmanların təminatı nəzərdə tutulur. Növbəti illərdə isə bu imkan genişləndirilərək mərhələli şəkildə həzm sistemi və tənəffüs yolları ilə bağlı dərman vasitələri də əhaliyə təqdim olunacaq.
Sosial mediada paylaş