Azərbaycan əhalisinin orta boyu və çəkisi açıqlanıb

azerbaycan-ehalisinin-orta-boyu-ve-cekisi-aciqlanib-1755607591
|
|

  Azərbaycanda 15 yaşdan yuxarı əhalinin orta boyu 167,4 santimetr, orta çəkisi isə 69,7 kiloqram təşkil edir.

Referans xəbər verir ki, "Report"un Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 15-19 yaşlı şəxslərin orta boyu 160,3 santimetr, çəkisi 53,6 kiloqramdır.

20-44 yaş qrupunda bu göstəricilər müvafiq olaraq 168,3 santimetr və 68,7 kiloqram, 45-64 yaş aralığında isə 168,4 santimetr və 74,3 kiloqramdır.

Ümumilikdə, kişilərin orta boyu 171,5 santimetr, orta çəkisi 73,8 kiloqram, qadınlarda isə 163,7 santimetr və 66,1 kiloqramdır.

65 yaş və yuxarı şəxslərin orta boyu 167 santimetr, çəkisi isə 73,8 kiloqram təşkil edir.

Bundan başqa, ölkədə 15 yaşdan yuxarı əhalinin 9,8 faizinin artıq çəkiyə malik olduğu müəyyənləşib.