Türkiyə NATO ilə bağlı QƏRAR VERDİ: Son 25 ildə…

turkiye-nato-ile-bagli-qerar-verdi-son-25-ilde-1755620190
|
|

  NATO sammiti 2026-cı il iyulun 7-8-də keçiriləcək.

Referans xəbər verir ki, NATO Baş katibi Mark Ruttenin bu bəyanatı blokun mətbuat xidməti tərəfindən yayılıb.

Qeyd olunur ki, sammit Ankarada keçiriləcək.

“İyulun 7-8-də Ankarada NATO sammitinə ev sahibliyi edəcəyi üçün Türkiyəyə təşəkkürümü bildirirəm. NATO liderləri Ankarada bugünkü çağırışlara cavab hazırlamağa çalışacaqlar”, – Rutte vurğulayıb.

Xatırladaq ki, Türkiyə son 25 ildə ikinci dəfə alyansın zirvə toplantısına ev sahibliyi edəcək. Əvvəlki toplantı 2004-cü ildə İstanbulda baş tutub./globalinfo.az