Pezeşkian Belarusa getdi

pezeskian-belarusa-getdi-1755633797
|
|

  İran prezidenti Məsud Pezeşkian Belarusa səfər edib.

Referans xəbər verir ki, bu barədə BELTA xəbər agentliyi məlumat yayıb.

Belarus prezidentinin mətbuat xidmətinin məlumatına görə, Belarus prezidenti Aleksandr Lukaşenkonun avqustun 20-də Minskdə İran prezidenti Məsud Pezeşkianla danışıqlar aparacağı bildirilir.

Dövlət başçılarının görüşü Müstəqillik Sarayında dar və geniş tərkibdə keçiriləcək, daha sonra iki ölkə arasında tərəfdaşlığın genişləndirilməsinə yönəlmiş ikitərəfli sənədlər imzalanacaq./Globalinfo.az