Bu ərazilərdə su olmayacaq

bu-erazilerde-su-olmayacaq-1755705558
|
|

  Sumqayıt şəhər əhalisinin bir hissəsini içməli su ilə təmin edən magistral su kəmərində aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq su təchizatında məhdudiyyətlər tətbiq ediləcək.

Referans xəbər verir ki, bu barədə Sumqayıt Sukanal idarəsindən bildirilib.

Avqustun 20-də saat 21:00-dan etibarən, 21 avqust səhər saatlarına qədər H.Z.Tağıyev qəsəbəsi (K. Kərimov küçəsi) və St Sumqayıt yaşayış massivinə içməli suyun verilməsində müvəqqəti fasilə yaranacaq.

Aidiyyəti qurumlar vətəndaşlardan anlayışlı olmalarını xahiş ediblər.