ABŞ vətəndaşlarına İranla bağlı xəbərdarlıq etdi

abs-vetendaslarina-iranla-bagli-xeberdarliq-etdi-1755711569
|
|

  ABŞ Dövlət Departamenti yeni açıqlamasında öz vətəndaşlarına səfərlərlə bağlı ciddi xəbərdarlıq edib.

Qurum, xüsusilə, İranda ABŞ vətəndaşlarının əsassız, özbaşına və ədalətsiz şəkildə həbs olunma riski olduqca yüksək olduğunu bildirib.

Bu səbəbdən amerikalılara İrana səyahət etməmək qəti şəkildə tövsiyə olunur. Dövlət Departamenti bununla yanaşı daha yeddi ölkəni də yüksək riskli bölgələr siyahısına daxil edib. Söhbət Əfqanıstan, Myanma, Eritreya, Nikaraqua, Şimali Koreya, Rusiya və Venesueladan gedir.

 
ABŞ rəsmilərinin sözlərinə görə, bu ölkələrdə ABŞ pasportu daşıyan şəxslər həm təhlükəsizlik riskləri, həm də siyasi səbəblərdən ədalətsiz saxlanılma və həbs olunma ehtimalı ilə üz-üzə qala bilərlər. Vaşinqton artıq uzun müddətdir ki, öz vətəndaşlarını belə risklərin mövcud olduğu regionlara səfər etməməyə çağırır.

Son xəbərdarlıq isə xüsusilə ABŞ-İran münasibətlərində gərginliyin artması fonunda yayımlandığı üçün diqqət çəkir. ABŞ Dövlət Departamenti hesab edir ki, bu ölkələrdə vətəndaşlarının təhlükəsizliyinə təminat yoxdur və buna görə də oraya səfər etməyin nəticələri çox ağır ola bilər./Globalinfo.az