Kamçatkada daha bir güclü zəlzələ oldu

kamcatkada-daha-bir-guclu-zelzele-oldu-1755715666
|
|

  Kamçatka ərazisində 5,1 bal gücündə zəlzələ qeydə alınıb.

Referans xəbər verir ki, bu haqda Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.

Yeraltı təkanlar Petropavlovsk-Kamçatskidən 97 km aralıda baş verib.

Zəlzələnin episentri 50,7 km dərinlikdə yerləşib.