Masallıda su anbarında bir nəfər batıb

21.08.2025
-
09:40
|
|
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Masallı rayonunun İsi kəndi yaxınlığında Viləşçay su anbarında 1 nəfərin batması barədə ilkin məlumat daxil olub.
Referans xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.
Əlavə məlumat veriləcək./APA
Sosial mediada paylaş