QƏRAR VERİLDİ: Tramp yarım milyard ödəməkdən belə XİLAS OLDU

qerar-verildi-tramp-yarim-milyard-odemekden-bele-xilas-oldu-1755801292
|
|

  ABŞ prezidenti Donald Tramp barəsində çıxarılan 515 milyon dollarlıq cərimə qərarı ləğv olunub.

Bu barədə “Associated Press” nəşri məlumat dərc edib.

Məlumata görə, Nyu-York ştat məhkəməsinin “Trump Organization” şirkətinin aktivlərinin dəyərinin saxtalaşdırılması ilə bağlı iş üzrə çıxardığı qərarı Apellyasiya Məhkəməsi etibarsız sayıb.

2024-cü ildə məhkəmə Trampı mülki fırıldaqçılıqda təqsirli bilib və ona təxminən 454 milyon dollar ödəniş təyin edib. Faizlərlə birlikdə bu məbləğ 515 milyon dollara çatıb. Lakin Apellyasiya Məhkəməsi bu cəzanı “həddindən artıq” hesab edərək, ABŞ Konstitusiyasının 8-ci düzəlişinə (artıq cərimə və qəddar cəzaların qadağan olunması) zidd olduğunu bildirib.

Xatırladaq ki, Tramp hökm elan edildikdən dərhal sonra bunun siyasi motivli iş olduğunu açıqlayıb. O, 2024-cü ilin noyabrında prezident seçkilərində qələbəsindən sonra işin bağlanmasını tələb edib. Onun vəkilləri hökmə dərhal apellyasiya şikayəti veriblər./Globalinfo.az