Güclü külək nə vaxta kimi davam edəcək?

guclu-kulek-ne-vaxta-kimi-davam-edecek-1755845772
|
|

  Avqustun 22-si saat 9:00-a olan məlumata əsasən hazırda Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir.

 

Bu barədə Referans -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

 

Küləyin maksimal sürəti 23 m/s-dək güclənir.

 

Qeyd edilib ki, dənizdə dalğanın hündürlüyü 4.4 metrdir.

 

Bildirilib ki, ölkə ərazisində müşahidə olunan küləkli hava şəraiti avqustun 22-si günün ikinci yarısından zəifləyəcək.