Azərbaycana gətirilən ukraynalı uşaqlar reabilitasiya olundu – FOTO

azerbaycana-getirilen-ukraynali-usaqlar-reabilitasiya-olundu-foto-1755931414
|
|

  Ukraynadan ölkəmizə gətirilmiş daha 30 uşağa reabilitasiya xidmətləri göstərilib.

Referans Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

İlk mərhələdə onlar müayinədən keçirilib. Hər bir uşaq üçün fərdi reabilitasiya proqramı tərtib edilib.

Emosional vəziyyətlərinin stabilləşməsinə, cəmiyyətə inteqrasiyalarına dəstək məqsədilə uşaqlar üçün peşəkar psixoloqlar tərəfindən fərdi konsultasiyalar, qrup terapiyaları, eləcə də yoqa və rəqs terapiya məşğələləri keçirilib.

Onlara müalicəvi masaj, müalicəvi hovuz və vanna, art-terapiya və s. reabilitasiya xidmətləri göstərilir.

10 günlük sosial reabilitasiya proqramı çərçivəsində ukraynalı uşaqlar üçün asudə vaxtlarının maraqlı keçməsi üçün tarixi yerlərə, muzeylərə ekskursiyalar, stolüstü oyunlar, yarışlar və s. tədbirlərin təşkili də nəzərdə tutulur.

  

Image 1 of 1