Bu məktəbin bütün məzunları tələbə oldu

23.08.2025
-
14:04
|
|
İşğaldan azad olunmuş Laçın rayonunun Sus kəndində fəaliyyətə başlamış məktəbin ilk məzunlarının hər biri tələbə adını qazanıb.
Bu barədə Referans-a Şərqi Zəngəzur Regional Təhsil İdarəsindən məlumat verilib.
Belə ki, 2024-2025-ci tədris ilinin sentyabrında işğaldan azad olunmuş Laçın rayonunun Sus kəndində fəaliyyətə başlamış Sus kənd tam orta ümumtəhsil məktəbini bitirən 3 məzunun hər biri tələbə adını qazanıb.