Kürdə məhv olan balıqlara görə araşdırma aparılır – FOTOLAR

kurde-mehv-olan-baliqlara-gore-arasdirma-aparilir-fotolar-1755945387
|
|
Kür çayının Azərbaycana daxil olan hissəsində balıq və digər su bioloji resurslarının məhv olması faktı aşkar edilib.

Referans xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti məlumat yayıb.

SİMDNX-dən verilən məlumata görə, qeyd olunan hallarla əlaqədar olaraq, Xidmət tərəfindən ilkin araşdırmalara başlanılıb. Sözügedən ərazidən su nümunələri götürülərək analizlərin aparılması üçün Mərkəzi Laboratoriyaya təqdim edilib.

Analizlərin nəticələri əldə olunduqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək.

3e464fd6 8cb3 4022 880b d9927a0e4a42
sdfghh
ttyyuu