Bank kartlarından oğurluq edənlərə qarşı əməliyyat

bank-kartlarindan-ogurluq-edenlere-qarsi-emeliyyat-1755965686
|
|

  Paytaxt sakini olan iki nəfərin bank kartından, ümumilikdə 3900 manat pul oğurlanıb. Bu barədə zərərçəkən şəxslər polisə müraciət ediblər.




Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Referans -a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə talama cinayətlərini törətməkdə şübhəli bilinən 24 yaşlı Ş.Abbasov və 22 yaşlı N.Teyyubov müəyyən olunaraq saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar aparılır.