Bakıda otel binasında yanğın oldu

23.08.2025
-
22:47
|
|
Bakıda üçmərtəbəli otel binasında yanğın olub.
FHN-in Mətbuat Xidmətindən Referans-a verilən məlumata görə, paytaxtın Xətai rayonunda ümumi sahəsi 1200 m² olan üçmərtəbəli otel binasının mənfi birinci mərtəbəsində yerləşən sauna otağının, sanitar qovşağının və dəhlizinin yanar konstruksiyaları 60 m² sahədə yanıb. Otel binasının qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.