Dizellə idarə olunan avtomobillər sıradan çıxır? - VİDEO

Bir çox ölkələrdə dizel mühərrikli avtomobillərə qarşı məhdudiyyətlər tətbiq edilməsi planlaşdırılır.
Referans xəbər verir ki, Norveç, Niderland və Fransa yaxın illərdə dizel mühərrikli avtomobillərin satışını tamamilə dayandırmağı nəzərdə tutub. Almaniyada isə bəzi şəhərlərdə havanın çirklənməsini azaltmaq məqsədilə dizellə işləyən avtomobillərin hərəkətinə qismən qadağalar qoyulub. Britaniya 2030-cu ildən etibarən yeni benzin və dizel mühərrikli avtomobillərin satışını dayandırmağı hədəfləyir.
Avtomobil satışı üzrə mütəxəssis Eldəniz Cəfərov bildirir ki, dizel mühərrikli avtomobillərin ölkəmizdə qadağan olunması hələ ki nəzərdə tutulmayıb.
Yük daşımaları, kənd təsərrüfatında istifadə edilən texnika və digər ağır tonnajlı nəqliyyat vasitələri əsasən dizellə işləyir.