"Tarqovu"da məşhur mağazada YANĞIN

25.08.2025
-
17:32
|
|
Bakıda hədiyyə və aksessuar mağazasında yanğın baş verib.
Referans xəbər verir ki, bu barədə görüntülər BAKU.WS-ə daxil olub.
Bildirilib ki, Fəvvarələr Meydanında yerləşən "Pink" mağazasının anbarında qısaqapanmadan yanğın başlayıb.
FHN-dən verilən məlumata əsasən mağaza əməkdaşları qısa müddətdə yanğını söndürüb, sahibkara ciddi ziyan dəyməyib.