"Tarqovu"da məşhur mağazada YANĞIN

tarqovuda-meshur-magazada-yangin-1756126698
|
|

  Bakıda hədiyyə və aksessuar mağazasında yanğın baş verib.

Referans  xəbər verir ki, bu barədə görüntülər BAKU.WS-ə daxil olub.

Bildirilib ki, Fəvvarələr Meydanında yerləşən "Pink" mağazasının anbarında qısaqapanmadan yanğın başlayıb.

FHN-dən verilən məlumata əsasən mağaza əməkdaşları qısa müddətdə yanğını söndürüb, sahibkara ciddi ziyan dəyməyib.