Bu da “Qarabağ”ın yeni hücumçu transferi

bu-da-qarabagin-yeni-hucumcu-transferi-1756142378
|
|

  “Qarabağ”ın yeni transferinin adı müəyyənləşib.

Referans “Sportinfo.az”a istinadən xəbər verir ki, Ağdam təmsilçisi Kamilo Duran Marquezlə anlaşıb.

Məlumata görə, 23 yaşlı kolumbiyalı vinger sabah Azərbaycana təşrif buyuracaq. O, ölkəsinin U-20 yığmasının formasını geyinib.

Cənubi amerikalı yerli “Medellin”də futbolun sirlərini öyrənib. 2021-ci ildə Braziliyalının məşhur klublarından “Flamenqo”ya icarəyə verilib.

Bir il sonra Portuqaliyaya - “Lusitania”ya getsə də, buradan tez ayrılıb. Ardınca “Estrela”nın U-23 komandasına keçib. 2024-cü ildə Portuqaliyanın II Liqasında “Portimonenze”yə üz tutub.