Qəzzada münaqişə bu tarixdə bitəcək – Tramp açıqladı

26.08.2025
-
00:05
|
|
“Qəzza sektorundakı münaqişə iki-üç həftə ərzində tam həll oluna bilər”.
Referans xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bu barədə Ağ Evdə Cənubi Koreya Prezidenti Li Çje Myon ilə görüşün əvvəlində jurnalistlərin suallarını cavablandırarkən bildirib.
“Düşünürəm ki, növbəti iki-üç həftə ərzində münaqişəni yaxşı və yekun şəkildə həll edəcəyik. Bunu demək çətindir, çünki bu region min illərdir münaqişələr mərkəzidir və həmişə gərginlik mənbəyi olub”, – D.Tramp deyib.//globalinfo.az