Xocavənd və Ağdərədə yanğınların söndürülməsinə FHN-in aviasiyası cəlb olunub - VİDEO

xocavend-ve-agderede-yanginlarin-sondurulmesine-fhn-in-aviasiyasi-celb-olunub-video-1756206241
|
|

  Fövqəladə Hallar Nazirliyi tərəfindən Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi, Edilli kəndi və Ağdərə rayonunun Sırxavənd kəndində yanğınların söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Referans xəbər verir ki , bu barədə APA-ya FHN-in Mətbuat xidmətindən məlumat verilib.

 
Küləkli hava şəraiti yanğınla mübarizəni çətinləşdirsə də yanğınların söndürülməsi əməliyyatı fasiləsiz olaraq həyata keçirilir.

Qeyd edək ki, yanğınlarla mübarizə tədbirlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Aviasiya dəstəsinin qüvvələri cəlb olunub.