Sabunçuda süni göldə uşaq batdı

sabuncuda-suni-golde-usaq-batdi-1756219262
|
|

  Sabunçu rayonunda süni göldə uşaq batıb.

Fövqəladə Hallar Nazirliyindən Referans-a verilən məlumata gorə, “112” qaynar telefon xəttinə rayonda süni sututarında 1 nəfərin (uşaq) batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində, batan şəxsin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.