Bu tarixdə məktəblərdə boş qalan plan yerlərinə ixtisas seçimi aparılacaq

bu-tarixde-mekteblerde-bos-qalan-plan-yerlerine-ixtisas-secimi-aparilacaq-1756224178
|
|

  Avqustun 28-dən sentyabrın 2-dək ali məktəblərdə boş qalan plan yerlərinə ixtisas seçimi aparılacaq.

Referans xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

Məlumata görə, ali təhsil müəssisələrinin qəbul planı 96.27% dolub.

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin siyahısı avqustun 27-si gün ərzində “Abituriyent” jurnalının 7-ci sayında dərc olunacaq. Jurnalda yalnız qəbul aparıla biləcək ixtisasların siyahısı təqdim olunacaq. Belə ki, keçirilmiş müsabiqə nəticəsində “Abituriyent” jurnalının 4-cü nömrəsində yer alan və yalnız dövlət sifarişi (YDS) əsasında qəbul aparılan ixtisaslar üzrə dövlət sifarişli (DS) yerlər qalmayıbsa, bu ixtisaslara qəbul aparılmayacaq və “Abituriyent” 7 jurnalında verilməyəcək. Jurnalda ali təhsil müəssisələrinə qəbul olmayan abituriyentlərin imtahan ballarının paylanması haqqında geniş məlumat da təqdim olunacaq.