"Bakıya "Qarabağ"ı məğlub etmək üçün gəlmişik"

bakiya-qarabagi-meglub-etmek-ucun-gelmisik-1756229867
|
|

  "Ferentsvaroş" komandası Bakıya "Qarabağ"ı məğlub etmək üçün gəlib.

Referans xəbər verir ki, bunu Macarıstan təmsilçisi "Ferentsvaroş"un futbolçusu Toon Raemaekers mətbuat konfransında deyib.

O, "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl fikirlərini bölüşüb:

"Komandada əhval-ruhiyyə yüksək səviyyədədir. Bakıya qələbə qazanmaq üçün gəlmişik. İlk görüşdə bəxtimiz gətirmədi. Düşünürəm ki, cavab matçında eyni səhvlərə yol verməyəcəyik".

Qeyd edək ki, "Qarabağ" - "Ferentsvaroş" matçı avqustun 27-də, saat 20:45-də start götürəcək. Komandalar arasında Macarıstanda baş tutan ilk görüşdə Ağdam təmsilçisi 3:1 hesablı qələbə qazanıb.